Saatlarla üzərində işlədiyiniz Excel data analizi və vizual hesabatları Power BI ilə cəmi bir neçə dəqiqəyə hazırlayın!
Proqram haqqında:
Bu kursda, Microsoft şirkətinin ən son təqdim etdiyi Biznes İntellekt aləti olan Power BI ilə istənilən mənbədən olan datanı asan və tez şəkildə əldə edərək dəqiqələr içərisində mənalı, baxımlı və dinamik hesabatları hazırlamaq üçün gərəkən texnikalar öyrədiləcək. Üstəlik bunun üçün İT mütəxəssisi, texniki dəstək gözləməyə ehtiyacınız olmayacaq.
Kursda əsas olaraq hesabat və dashboardları hazırlamaq üçün sadə data analizlərindən mürəkkəb biznes ssenarilərinə qədər lazım olan bütün Power BI komponentləri – Power Query (Get Data & Transform), Power BI Desktop (Data Modeling & DAX,Data Visualization) və hesabatlarınızı paylaşmaq üçün Power BI Service (onlayn web versiya) öyrədiləcək. Təlimdə daha sonra müxtəlif növ qrafik, dashbord və ssenarilər kimi vizuallaşdırma komponentlərindən istifadə və idarəçilər, menecerlər və əlaqədar department işçiləri ilə paylaşılması izah olunacaq.
Power BI-ın kompyuter versiyasında (Desktop) hazırladıqdan sonra hesabat, analiz və daşbordlara həm özünüz, həm də icazə verəcəyiniz işçilər internet browser və mobil telefon vasitəsilə nəzarət edə, interaktiv olaraq dəyişə və bir toxunuşla istədiyiniz məlumatları görə biləcəksiniz.
Kurs müddətində öyrədilən bilik və bacarıqları Retail (Satış), CRM və Telekommunikasiya keysləri üzərində tətbiq edərək mənimsəyəcəksiniz.
Niyə Power BI?
*Sürətli, Cəld və Çevikdir – Bir cəhdlə datanızı istənilən şəkildə analiz edib həyəcanlandırıcı nəticələr əldə edirsiniz.
*Asan əldə olunandır – istənilən data mənbəyilə əlaqələndirə və hesabatlarınızı istənilən cihazdan idarə edə bilirsiniz.
*Mükəmməldir – Gartner və Forrester şirkətlərinə görə Power BI hazırda ən mükəmməl BI platformasıdır.
*Sərfəli & Münasibdir – bir iş maili kifayətdir ki, heç bir ödəniş etmədən Power BI sizin ixtiyarınızda olsun. (Sadəcə bəzi xüsusiyyətlərindən tam şəkildə istifadə etmək istədikdə, cüzi bir ödəniş edirsiniz.)
Təlim proqramı kimlər üçün nəzərdə tutulmuşdur?
© - İndiyədək Power BI ilə işləməyən və bu proqramın necə istifadə edildiyini öyrənmək istəyənlər;
© - Power BI-da professional hesabatlar hazırlamaq istəyən Excel istifadəçiləri;
© - Data modelləşdirməsi, dashboard dizaynı bacarıqlarını və BI biliklərini təkmilləşdirmək istəyən data analitiklər və Excel istifadəçiləri;
© - Bir nömrəli Biznes İntellekt proqramını öyrənmək istəyən Marketing, Maliyyə, Satış və İnsan Resurlsarı və digər sahələrin mütəxəssis və menecerləri;
© - Hazırkı Biznes İntellekti developeri və istifadəçiləri;
© - Biznes Menecerlər, Biznes Analitiklər, Data Analitiklər, Data Analtikasını öyrənən və bu sahəyə marağı olanlar;
© - Və böyük həcmli datalardan hesabat hazırlayan istənilən şəxs.
Qeyd: Təlimdə iştirak üçün heç bir ön biliyə ehtiyac yoxdur.
Təlim proqramını bitirdikdən sonra siz:
® - yüzlərlə data mənbələrinə rahat şəkildə qoşula və datanı istədiyiniz şəkildə əldə edə biləcək (və bununla İT mütəxəssisləri və texniki dəstəkdən asılılığınız azalacaq);
® - sıfırdan professional səviyyədə keyfiyyətli biznes intellektli hesabatlar, məqsədyönlü dashbordlar hazırlaya biləcək;
® - hesabat və nəticələrinizi mənalı və vizual olaraq baxımlı, asan anlaşılan daşbordlara çevirə biləcək, onları şirkət daxilində rahat və asan şəkildə paylaşa biləcək;
® - hesabatlarınızı Power BI Service və Power BI Mobile vasitəsilə internet və mobil cihazlardan istənilən yerdən izləyə və nəzarət edə biləcək;
® - Power BI-da qurduğunuz ssenari və daşbordlara əsasən qərarlarınızı daha tez və cəld verə biləcək;
® - data, analitika və hesabatla əlaqədar əməliyyatlarınızda səmərəliliyinizin artıracaqsınız.
Təlim müddətində mentorluq xidməti
Müştəri məmnuniyyətini önə alaraq və iştirakçı rəyini nəzərə alaraq təlimin proqramını və keyfiyyətini daim təkmilləşdiririk. Bu məqsədlə təlim müddətində iştirakçılara mentorluq xidməti göstəriləcək. Mentor, təlim müddətində iki dəfə skype vasitəsilə iştirakçının suallarını cavablandıracaq, tapşırıqları etməkdə, keçirilənləri təkrarlamaqda və keysləri həll etməkdə iştirakçılara kömək edəcək. Bununla iştirakçılar əldə etdikləri bilikləri möhkəmləndirərək Power BI-da vizuallaşdırmanı daha yaxşı mənimsəmiş olacaqlar.
Təlimin ünvanı, müddəti və qiyməti:
Ünvan: Aşıq Alı 2A (Odlar Yurdu Universiteti ilə üzbəüz)
Müddət: 20 saat (4 həftə, hər həftə 5 saat)
Təlim cədvəli:
Online təlimlər: |
---|
- 24 Aprel 2022, saat 10:00 |
Ofis daxili təlimlər: |
- 5 Mart 2022, saat 10:00 |
İştirak etmək üçün qeyd:
* Təlimdə iştirakınızı qeydiyyatdan keçməklə təsdiqləyirsiniz.
* Yalnız qeydiyyatdan keçənlər təlimdə iştirak edə biləcək.
* Qeydiyyat haqqında daha ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz.
Məlumat üçün əlaqə vasitələri:
E-mail: info@qss.az
Mob.: (+99477) 341 43 40