• +994 51 341 4340
  • Aşıq Alı 2A, Nərimanov rayonu

Təlimlər

Power BI & Excel & SQL ilə Data Analitikası təlimi

image
Müraciət et

Müddət: 30 saat

Dil: Azərbaycan dili

Sillabus yükləyin

Təlim haqqında məlumat 

 

Demək olar ki, bütün böyük və kiçik biznes müəssisələri data analizi və hesabatların hazırlanmasında Excel və Microsoft şirkətinin ən son təqdim etdiyi Biznes İntellekt aləti olan Power BI- dan istifadə edir. Təlimdə ilk olaraq Excelin ən çox istifadə olunan xüsusiyyətlərini tətbiq etməklə datanın necə analiz olunmasını öyrənəcək, Pivot cədvəllərlə asan, cəld və daha ətraflı təhlil edərək datadan mənalı nəticələr əldə edə biləcəksiniz. Daha sonra SQL və Power BI vasitəsi ilə istənilən mənbədən olan datanı asan və tez şəkildə əldə edərək dəqiqələr içərisində  mənalı, baxımlı və dinamik hesabatları hazırlamaq üçün gərəkən texnikalar öyrədiləcək. Üstəlik bunun üçün İT mütəxəssisi, texniki dəstək gözləməyə ehtiyacınız olmayacaq.

   İşlədiyiniz sahədən (marketinq, satış, maliyyə, İR və ya digər) asılı olmayaraq Excel və Power BI vasitəsilə sadə cədvəllərdən mürəkkəb və dinamik daşbordlara kimi datanızı vizuallaşdıra və müxtəlif modellər (məs. satış proqnozu) qura biləcəksiniz.

   Exceldə hazırladığınız dataya əsasən hesabat və dashboardları hazırlamaq üçün  sadə data analizlərindən mürəkkəb biznes ssenarilərinə qədər lazım olan bütün Power BI komponentləri – Power Query (Get Data & Transform), Power BI Desktop (Data Modeling & DAX, Data Visualization) və hesabatlarınızı paylaşmaq üçün Power BI Service (onlayn web versiya) öyrədiləcək. Təlimdə müxtəlif növ qrafik, dashboard və ssenarilər kimi vizuallaşdırma komponentlərindən istifadə ediləcək və təhlillərin idarəçilər, menecerlər və əlaqədar department işçiləri ilə paylaşılması izah olunacaq.

 

Proqramın əlavə üstünlükləri:

 

Proqramı bitirdikdən sonra Analitiklər qrupuna üzv olursunuz.

*Analitiklər qrupu - Biznes Analitikası təlimini bitirmiş Analitika mütəxəssislərindən ibarət məzun qrupudur və onların Analitika biliklərini təkmiləşdirmə istəkləri səbəbi ilə yaradılmışdır. Professional analitik şəbəkəsini genişləndirmək (Networking), Təkrar və Yeni Biliklər Öyrənmək məqsədi ilə məzunlarla mütəmadi görüşlər keçirilir. Bu qrupda olmaqla siz də Təkrar ilə yanaşı Yeni Analitik metodlar öyrənmək və real Analitik Layihələr üzərində işləmək imkanı əldə edəcəksiniz.

 

Tədris müddətində MENTORLUQ xidmətimizdən faydalanırsınız.

 *Tədqiqatlar göstərir ki, mentorlar bacarıqları təkmilləşdirmək və karyerada yüksəlmək ehtimalını 5 dəfə artırır.

Dərsdən kənar öyrənmə və keyzləri icra etmə vaxtlarınızda yaranacaq istənilən suala mentorlar vasitəsi ilə cavab tapmaq imkanı əldə edəcəksiniz. Mentorlarımız mərkəzimiz tərəfindən xüsusi tədris proqramı əsasında yetişdiriliblər. Ən əhəmiyyətlisi odur ki, mentor olaraq yüksək səviyyəli ünsiyyət qabiliyyətinə sahib və daxili öyrətmə sevgisi olan şəxsləri seçirik.

 

İştirak etmək üçün qeyd:

 

* Təlimdə iştirakınızı qeydiyyatdan keçməklə təsdiqləyirsiniz.

* Yalnız qeydiyyatdan keçənlər təlimdə iştirak edə biləcək.

* Qeydiyyat haqqında daha ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz.

 

Təlimin müddəti, qiyməti və keçirələcəyi ünvan:

Ünvan: Aşıq Alı 2A (Odlar Yurdu universiteti ilə üzbəüz )

 

Müddət: 30 saat (6 həftə, hər həftə 5 saat olmaqla)

 

Təlim cədvəli:

 

Online təlimlər:

16 Yanvar, 2022, saat 15:00

 

Ofis daxili təlim :
16 Yanvar, 2022, saat 15:00

 

Online Avropa üçün

- 16 Yanvar, 2022, saat 14:00 (GMT +4)

 

Online Amerika üçün

 - 16 Yanvar, 2022, saat 19:00 (GMT +4)

 

    

*Təlimin sonunda iştirakçılar iştirakçı sertifikatı, fərqlənən iştirakçılar isə fərqlənmə sertifikatı ilə təltif ediləcəklər.

Məlumat üçün əlaqə vasitələri:

 

E-mail : info@qss.az

Mob.: (+99477) 341 43 40

 

Kanada və Amerika üçün əlaqə vasitəsi:

Mob.: +1 647-866-4774