• +994 51 341 4340
  • Aşıq Alı 2A, Nərimanov rayonu

Təlimlər

Data ilə Biznes Analitikası

image

600 350

Tələbələr üçün: ₼ 250

Müraciət et

Müddət: 30 saat

Dil: Azərbaycan dili

Sillabus

 

Təlim haqqında məlumat

 

Bu təlim proqramında iştirak etməklə məlumatlara əsasən proqnozlar verəcək, yığılan məlumatlar əsasında biznesdə cari vəziyyət barədə dəqiq və vizual (qrafiklər) cavablar əldə edəcək və hansı qərarların daha effektiv olduğunu hesablaya biləcəksiniz. Xərcləri azaltmaq və daha çox gəlir qazanmaq üçün optimal qərarların verilməsinin əhəmiyyəti hər zaman aktual olmuşdur və xüsusilə böhran dövründə dataya əsaslanan qərarın vacibliyi daha da artır. Bunun üçün hər bir şirkət biznes analitikası üzrə mütəxəssis işə götürməli vəya bu sahədə işçilər yetişdirməlidir. Gələcəyin ixtisası sayılan Analitika sahəsində biliklər qazanmaq sizi müəssisənin ən dəyərli işçilərindən biri edəcəkdir. Təlim proqramında, MC Kinsey, Ernst&Young, Bain kimi nəhəng qlobal konsaltinq şirkətlərinin bəzi real proyekt dataları, həmçinin Harvard Business School, MIT Sloan Business School IBM SPSS-in keyzləri təqdim olunacaq; Bundan əlavə, tədris edilən mövzuları Analitik Konsaltinq Layihəsi çərçivəsində praktiki olaraq tətbiq etmək şansı əldə edəcəksiniz.  

Daha ətraflı məlumat üçün Təlim Proqramı ilə tanış olun.

 

Proqram haqqında qısaca:

 

Statistikaya giriş və Təsviri Statistika (SPSS+Excel+Tableau tətbiqləri)

Sorğu dizaynı və sorğu keçirilməsi (+Qualtrics ilə tədqiqat üsulları)

Pearson&Sperman Correlation

Churn Analizi

Tableau ilə Advanced Data Mining

Tableau ilə A&B test edilməsi

Datanın vizuallaşdırılması

Chi Square Test

Reqressiya, R-squared

Simple, Multiple və Logistic Regresiya (Modelləşdirmə və Proqnozlaşdırma)

Gretl ilə reqresiya analizi

R-da data analizi

Mövzuların detalları barədə məlumat almaq üçün təlim proqramını yükləyin.

 

Proqramın əlavə üstünlükləri:

 

Proqramı bitirdikdən sonra Analitiklər qrupuna üzv olursunuz.

*Analitiklər qrupu - Biznes Analitikası təlimini bitirmiş Analitika mütəxəssislərindən ibarət məzun qrupudur və onların Analitika biliklərini təkmiləşdirmə istəkləri səbəbi ilə yaradılmışdır. Professional analitik şəbəkəsini genişləndirmək (Networking), Təkrar və Yeni Biliklər Öyrənmək məqsədi ilə məzunlarla mütəmadi görüşlər keçirilir. Bu qrupda olmaqla siz də Təkrar ilə yanaşı Yeni Analitik metodlar öyrənmək və real Analitik Layihələr üzərində işləmək imkanı əldə edəcəksiniz.

 

 

Tədris müddətində MENTORLUQ xidmətimizdən faydalanırsınız.

 *Tədqiqatlar göstərir ki, mentorlar bacarıqları təkmilləşdirmək və karyerada yüksəlmək ehtimalını 5 dəfə artırır.

Dərsdən kənar öyrənmə və keyzləri icra etmə vaxtlarınızda yaranacaq istənilən suala mentorlar vasitəsi ilə cavab tapmaq imkanı əldə edəcəksiniz. Mentorlarımız mərkəzimiz tərəfindən xüsusi tədris proqramı əsasında yetişdiriliblər. Ən əhəmiyyətlisi odur ki, mentor olaraq yüksək səviyyəli ünsiyyət qabiliyyətinə sahib və daxili öyrətmə sevgisi olan şəxsləri seçirik.

 

İştirak etmək üçün qeyd:

* Təlimdə iştirakınızı qeydiyyatdan keçməklə təsdiqləyirsiniz.

* Yalnız qeydiyyatdan keçənlər təlimdə iştirak edə biləcək.

* Qeydiyyat haqqında daha ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz.

 

Təlimçi

Etibar Hüseynli

  • Analitika sahəsində 5 ildən artıq təcrübə
  • Bakcell şirkətində “CRM and Churn Retention şöbəsinin rəhbəri, Sahibkarlığın İnkişafı və Tədqiqat Mərkəzində və Universal Machines MMC-də research analyst, Bakı Mühəndislik universitetində Statistika müəllimi vəzifəsində çalışmışdır.
  • SPSS,GRETL,SAS,R,Tableau,Excel,SQL-Data Management proqramlarında yüksək bilik və bacarıqlara malikdir.
  • 5 beynəlxalq və 10-dan çox yerli analitika layihəsinə rəhbərlik etmişdir.
  • Bakcell,Beynəlxalq Miqrasiya İdarəsi(IMO) və Hyundai şirkəti daxil olmaqla bir sıra şirkətlərdə data analitikası üzrə məsləhətçidir.

 

Təlimin müddəti, qiyməti və keçirələcəyi ünvan:

 

Ünvan: Aşıq Alı 2A (Odlar Yurdu universiteti ilə üzbəüz )

 

Müddət: 30 saat (6 həftə, hər həftə 5 saat olmaqla)

Təlimin başlama vaxtı: 29 Noyabr  2019, saat 19:00

Qiymət: 600 350 AZN (Tələbələr üçün 250 AZN) 

                  

*Təlimin sonunda iştirakçılar iştirakçı sertifikatı, fərqlənən iştirakçılar isə fərqlənmə sertifikatı ilə təltif ediləcəklər.

 

Məlumat üçün əlaqə vasitələri:

 

E-mail : info@qss.az

Əlaqə tel.: (+99451) 341 43 40

 

Uzun müddətdir ki, Azərbaycanda statistik tədqiqatlara, Biznes Analitikası üzrə təlimlərə ehtiyac var. "Mənə elə gəlir ki" yox "Mən əminəm ki" deyə bilmək üçün öz biznesinizdə QSS şirkətinə arxalana bilərsiniz.

Əsasən xaricdə Analitika uzre təlimlər axtarirdim , belə bir təlimin bizdə keciriləcəyinə ümidim yox idi. Təlimi görüb qoşulandan sonra həqiqətən çox faydali məlumatlar qazandim. Onu deye bilərəm ki, növbəti təlimi çox səbrsizliklə gözləyirəm.

Hesab edirəm ki, təlim bazarında bu təlim kimi ciddi və öyrədici təlim çox az saydadır. Bu təlimə qatılanları Biznes Analist və ya Data Analist kimi xüsusiləşdirmək lazım deyil. HR, Marketinq, Araşdırma və s. data ilə işləyən hər kəs bu təlimdən sonra işlərini daha da məhsuldar edə bilərlər. Ölkəmizdə data mədəniyyətini aşılamaq lazımdır, inanın ki, bu, keyfiyyətli və məhsuldar peşəkarlar üçün yeganə çıxış yoludur. Bu təlimdə iştirak etməklə siz məsələlərə, işinizə baxış bucağınızı dəyişəcəksiniz.

Bu təlimdə iştirak etdikdən sonra apardığım iqtisadi araşdırma və təhlillərin daha səmərəli, elmi əsaslandırılmış və praktik ola biləcəyinə əmin oldum. Düşünürəm ki, Biznes Analitikası təlimi peşəkar mütəxəssis olmağı qarşısına hədəf qoyan hər kəs üçün böyük əhəmiyyət kəsb edir. QSS komandasına təşəkkür edirəm və bu mühüm fəaliyyətdə uğurlar arzulayıram.

Təlimlər peşəkar təlimçilər tərəfindən keyfiyyətli şəkildə keçirildiyindən çox qane etdi. Məsləkdaşlarıma da QSS Analytics-in təlimlərində iştirak etməyi məsləhət görürəm.