Exceldə məlumatları peşəkarcasına analiz edərək daha ağıllı qərarlar vermək istəyənlər üçün faydalı praktiki təlim
Bu təlimin sizin karyeranızda və iş həyatınızda dəyəri
Excel çoxfunksiyalı analitik proqramdır, onun tətbiq sahəsi çox genişdir və demək olar ki, bütün böyük və kiçik biznes müəssisələri data analizi və hesabatların hazırlanmasında Exceldən istifadə edir. Bu kursda siz, Excelin ən çox istifadə olunan xüsusiyyətlərini tətbiq etməklə datanın necə analiz olunmasını öyrənəcək, Pivot cədvəllərlə asan, cəld və daha ətraflı təhlil edərək datadan mənalı nəticələr əldə edə biləcəksiniz.
İşlədiyiniz sahədən (marketinq, satış, maliyyə, İR və ya digər) asılı olmayaraq Excel vasitəsilə sadə cədvəllərdən mürəkkəb və dinamik daşbordlara kimi datanızı vizuallaşdıra və müxtəlif modellər (məs. satış proqnozu) qura biləcəksiniz. Bundan əlavə “what if” analizi aparmaq, Pivot Cədvəlləri ilə işləmək və Excelin ən çox istifadə olunan funksiyaları və mürəkkəb formulalarını istifadə etməklə işinizdə və ya biznesinizdə datanı asanlıqla analiz edərək qərarlarınızı daha asan və əsaslı verə biləcəksiniz.
Təlim proqramı kimlər üçün nəzərdə tutulmuşdur?
Metodologiya
Kurs müddətində Excel funksiyaları, formulaları və digər mövzular sizə asan başa düşəcəyiniz tərzdə və rahat anlaşılacaq praktiki çalışmalar üzərində izah olunacaq. Əlavə olaraq kursda təqdim olunan keyzlər vasitəsilə, öyrəndiyiniz bilikləri müxtəlif biznes dataları üzərində tətbiq edərək Exceldə analitik qabiliyyətinizi praktiki şəkildə inkişaf etdirəcəksiniz.
Təlim üçün tələblər nələrdir?
Təlimdə iştirak etmək üçün heç bir ön bilik tələb edilmir. Sadəcə data analitikası sahəsinə və Excel öyrənməyə həvəsli olmalısınız!
Təlim müddəti ərzində bunları öyrənəcəksiniz
Keyslər üzərində praktika
Təlim müddətində sizə bir neçə keyz təqdim olunacaq. Sizdən, həmin keyzləri keçirilən analizləri tətbiq etməklə həll etmək tələb olunacaq.
Keyzlər, mövzulara uyğun olaraq müxtəlif şirkətlərin satış, maliyyə, HR və digər dataları üzərində proqnoz, təxmin etmə, vizuallaşdırma, daşbord qurma, satışların təhlil olunması və s. kimi analizləri aparmaqla hesabatın hazırlanmasından ibarətdir. Bununla siz həm Excel biliklərini möhkəmləndirəcək, həm də hesabat hazırlamaq bacarığını inkişaf etdirəcəksiniz.
Keyzlər vasitəsilə data analitik rolunu yerinə yetirəcək və öyrəndiyiniz Excel biliklərini həmin proyekt üzərində tətbiq edərək qərar verməni asanlaşdıran, bir seçimlə şirkətin göstəricilərini nümayiş etdirən daşbord, qrafik və cədvəllər quracaqsınız.
Təlim müddətində mentorluq xidməti
Müştəri məmnuniyyətini önə alaraq və iştirakçı rəyini nəzərə alaraq təlimin proqramını və keyfiyyətini daim təkmilləşdiririk. Bu məqsədlə təlim müddətində iştirakçılara mentorluq xidməti göstəriləcək. Mentor, təlim müddətində iştirakçının suallarını cavablandıracaq, keçirilənləri təkrarlamaqda, tapşırıqları və keysləri yerinə yetirməkdə iştirakçılara kömək edəcək. Bununla iştirakçılar əldə etdikləri bilikləri möhkəmləndirərək Exceldə analitikanı daha yaxşı mənimsəmiş olacaqlar.
Təlimin ünvanı, vaxtı, müddəti və qiyməti:
Ünvan: Aşıq Alı 2A (Odlar Yurdu universiteti ilə üzbəüz )
Müddət: 20 saat (4 həftə , hər həftə 5 saat)
Təlim cədvəli:
Online təlimlər: | |
---|---|
- 11 iyun 2022, saat 10:00 |
Ofis daxili təlim: |
- 11 iyun 2022, saat 10:00 |
İştirak etmək üçün qeyd:
* Təlimdə iştirakınızı qeydiyyatdan keçməklə təsdiqləyirsiniz.
* Yalnız qeydiyyatdan keçənlər təlimdə iştirak edə biləcək.
* Qeydiyyat haqqında daha ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz.
Məlumat üçün əlaqə vasitələri:
E-mail: info@qss.az
Əlaqə tel.: (+99477) 341 43 40