• +994 51 341 4340
  • Aşıq Alı 2A, Nərimanov rayonu
01 İyun 2018

WhatsApp üçün Sentiment analizi


Text Mining, R Markdown, flex_dashboard | Turqut Abdullayev |
image

Bildiyiniz qədər hər kəs çalışdığı sahədə ən azı bir dəfə olsa belə statistik hesablamalardan istifadə etmişdir, məsələn bir neçə ədədin cəmi, orda ədədin tapılması, ədədlərin faizlə göstərilməsi və s. Amma rəqəmlərnən yanaşı biz həmçinin hər hansı bir verilən yazını belə analiz edə bilərik. Sentiment analysis bizə mətn formatında olan məlumatları, məsələn subyektiv fikri emal etməyə, onun emosional xarakterini (pozitiv, neqativ və ya neytral) müəyyən etməyə və nəticədə şərh edənin ümumi fikrini bizə çatdırmağa imkan yaradır.

Aşağıda göstərilən Dashboard`da, AppStore-da WhatsApp üçün yazılan şərhlərin, həmçinin bununla yanaşı 5 ballıq şkala üzrə verilən reytinqlərin 2015-2018-ci illər üzrə analizi göstərilmişdir.

Dashboard 3 hissədən ibarətdir:

 

1) Ən çox istifadə olunan sözlər. Bu hissədə rəylərdə ən çox rast gələn sözlər seçilib Wordcloud qrafiki ilə göstərilmişdir, sağ hissədə isə sozlərin sayı, çoxdan-aza doğru göstərilmişdir.
Worcloud`da olan sözlərin ölçüsü (böyük- tez-tez, kiçik- is ə az sayıda) onun daha çox və ya daha az istifadə olunduğunu vurğulayır.

2) Rəylərin analizi. Burada siz 3 qrafik ilə tanış ola bilərsiz, ilk növbədə yuxarı hissədə olan olan qrafik 500 nəfərin fikrini Sentiment Analysis vasitəsi ilə göstərmişdir. Əgər verilən nöqtə müsbətdirsə, bu zaman verilən şərh pozitiv, əksinə mənfidirsə, şərh neqativ hesab olunur, 0 isə fikrin neytral  olduğunu bildirir. Bu səhifədə verilən digər iki qrafik isə 2015-2018-ci illər uzrə orta balı və ümumiyyətlə 500 nəfərə düşən neytral, pozitiv və neqativ şərhlərin sayını göstərir.


3) Reytinq. Bu sahədə siz 3 qrafik ilə tanış ola bilərsiz, sol tərəfdə olan DensityPlot neqativ və pozitiv rəylərin paylanmasını göstərir. Absis oxu isə neqativliyi və pozitivliyi olçür və əgər diqqət yetirsəniz, görərsiniz ki, neqativ(-1;0) və pozitiv(0;1) ölçüsü ümumən -1<x<1 aralığında yerləşir. Amma buna baxmayaraq neqativ şərhlər hətda -2.5 belə təşkil etmişdir, bu isə həmin istifadəçilərin WhatsApp haqqında çox mənfi fikirləin formalaşdığını bildirir. Sağ tərəfdə qeyd olunan 2 qrafik isə sırf may ayı üzrə həm orta reytinqin, həmçinində ümumi olaraq fikirlərin paylanmasını əks etdirir.


Qeyd: Dashboardı böyük pəncərədə açmaq üçün bura daxil olun
 

Fikir Bildir: