• +994 51 341 4340
  • Aşıq Alı 2A, Nərimanov rayonu
28 İyun 2017

Süni Zəka və Analitika


Süni Zəka | Aydan Rzayeva |
image

Süni Zəka (Artificial Intelligence ) maşınların mürəkkəb problemlərə insanlar kimi həll tapmasını araşdıran elm sahəsidir. Bu proseses insanın xüsusiyyətlərini alqoritm kimi komputerə tətbiq etməklə gerçəkləşdirilir. Süni zəka daha çox komputer elmləri ilə əlaqələndirilsə də, riyaziyyat, biologiya, psixologiya və daha bir neçə elm sahəsi ilə də yaxından əlaqəlidir.

 

Komputer texnologiyasının yeni yarandığı dönəmdə “Maşınlar düşünə bilərmi?” sualının Alan Mathison Turing tərəfindən verilməsilə ilk təməlləri qoyulan “Süni zəka”, İkinci Dünya Müharibəsi dövründə müxtəlif hərbi texnologiyaların meydana gəlməsində mühüm rol oynamışdı. Fərqli şifrə alqoritmləri və data əməliyyatları ilə birlikdə ortaya çıxan “Maşın zəkası” qavramı ilk komputerlərdən bugünkü ağıllı telefonlara qədər istehsal olunan texnoloji cihazların yaradılmasında insanı təməl ideya kimi saxlamışdı.

 

1956-cı ildə Mc Carthy, Minsky, Shannon ve Rochester bu istiqamətdə işlər görərkən, süni zəka adını təklif edən Mc Carthy, “süni zəka” sözünün atası hesab oluna bilər. İlk olaraq McCulloch ve Pitts tərəfindən insan davranışları göstərən məhsul yaratmağa fokuslanan süni zəka çalışmaları, süni sinir hüceyrələri ve fərqli elm sahələrindən yararlanaraq, robotlara müxtəlif funksiyalar vermək xüsusiyyətini gətirdi.

 

Müasir süni zəka tətbiqinə müxtəlif dilləri təyin edən, şahmatda rəqibinə qalib gələn, xəstəyə diaqnoz qoyan, səsi, əl yazısını və barmaq izini tanıyan qurğuları və robotları misal göstərmək olar. Təkcə Iphone smartfonlarının “Siri” funksiyası və özü özünü idarə edən avtomobillər süni zəkanın yaxın gələcəkdə daha böyük kəşflərə nail olacağının göstəriciləridir.

 

Texnologiya nəhəngləri Google, Amazon, Apple, IBM və Microsoftun illərdir süni zəka texnologiyasına milyardlar investisiya etdiyi məlumdur. Amma Forrester sorğusu göstərdi ki, şirkətlərin 58%-i süni zəkanı araşdırarkən yalnız 12%-i real olaraq təqbiq edir. Buna isə başlıca səbəb olaraq, şirkətlərin statistika və analitika üsullarını tətbiq etməkdən imtina edib birbaşa süni zəkaya sıçrayış etmələri göstərilir.

 

Keçən ilin oktyabrında Babson professoru, analitika eksperti Tom Davenport “Salesforce’s Dreamforce” konfransından sonra qeyd etdi ki, o konfrans ərzində “ənənəvi biznes intellekti və analitikanı tətbiq etmədən birbaşa süni zəka sistemlərinə keçid etmək istəyən” bir neçə şirkətlə qarşılaşdı. O, bir menecerin şirkətin heç bir analitika təcrübəsi olmadığını qəbul edərək süni zəkanın tətbiqinə başlayacağı üçün həyəcanlı olduğunu bildirdi. Digər bir idarəçi kifayət qədər vizual dataya sahib olduqlarını, amma şirkətdə heç kimin onunla məşğul olmağa vaxtı olmadığını bildirdi.

 

Şirkətlərin datanı mənimsəyən mütəxəssis azlığından əziyyət çəkdiyini nəzərə alaraq, analitikanın hər bir şirkətin süni zəkadan əvvəl müraciət etməli olduğu sahə olduğunu qəbul edə bilərik. Analitikanı ötüb keçmək süni zəkaya qısayol deyil, çünki analitikanı qavramaq süni zəka cığırında uğurlu olmaq üçün dönüm nöqtəsidir.

 

 

Rəqəmsal data müəllifi Brent Dykesın hazırladığı qrafik bu fikri təsdiqləmək üçün kifayətdir. Sol şaquli istiqamətdə hər bir analitika sahəsində professionallaşdıqca sağ hissədə AI (Süni zəka) texnologiyasının artımını müşahidə edirik. Məhz buradan aydın olur ki, şirkətin analitikanın ilkin bazası üzrə bünövrəsi yoxdursa, bu mərhələləri buraxaraq birbaşa Aİ-yə keçmək etibarlı fikir kimi səslənmir.

Fikir Bildir: