• +994 51 341 4340
  • Aşıq Alı 2A, Nərimanov rayonu
01 İyul 2018

Müştəri Riski


shiny, R Markdown | Turqut Abdullayev |
image

Hər bir şirkət, bank, telekommunikasiya, dövlət orqanaları və digərləri hər hansı bir məsələ (project) üzərində model quraraq onları maraqlandıran sualları əvvəlcədən müəyyən edə bilərlər. Məsələn, bank sektorunda bankı maraqlandıran tərəflərdən biri müştərilərin krediti qaytarma qabilliyətini ölçmək, telekomunnikasiya sahəsində müştərilərin həmin şirkəti tərk edib rəqiblərə üz tutmasının səbəbini araşdırmaq, tibb sektorunda isə hər hansı bir xəstəlikdən əziyyət çəkən pasiyentin yaşama ehtimalını asanlıqla müəyyən etmək olar.

 

Modelləşdirmə hər bir sahədə bizə müştərilərlə bağlı vacib anlayış vermək gücünə malikdir, çünki müştərilərin itirilməsi və ya qarşı rəqib firmalara yönəlməsi həm gəliri, həçinin də şirkətin nüfuzunu aşağı salmağa sabəb ola bilər. Bunun üçün model qurarkən biz məlumat bazasında olan hər bir məlumatın vacibliyini anlamağa və vurğulamağa çalışmalıyıq. Məsələn, qarşımızda müəyyən sayda insanlar haqqında məlumat var və biz onların 1 il ərzində 50 min dollardan artıq qazanma ehtimalını hesablayaraq proqnoz verməliyik. Bu zaman biz qazanıb və qazanmayanların ehtimalını hesabladıqdan sonra, bununla yanaşı ümumi olaraq hər iki qrupun qazanma ehtimalını SCORECARD ilə göstərə bilərik. Bunun faydası odur ki, əgər müəyyən insan 50 min qazanmayacaqsa belə, biz ona “qazanmayacaq” sozü ilə yanaşı qazanma ehtimalını faizlədə göstəririk.
 

Nəticəyə, yəni ehtimala təsir edən bütün amillər (təhsil, yaş, aylıq maaş, mülk və s.) Shiny proqramında modelləşdirmədən sonra yığılaraq əks etdirilir. Shiny App test üçün hər bir istifadəçiyə məhdud sayda hostinq xidməti təklif edir, bura əlbətdəki ay ərzində online istifadə 25 saat məhdudiyyətidə daxil olur. Shiny saytında olan digər ödənişli hostinq xidmələri isə kommersiya şirkətləri üçün daha əlverişli ola bilər. Ödənişli versiyada proqram həm şəxsi, yəni istədiyiniz / icazə verdiyiniz müəyyən auditoriyaya, həmçinində bütün istifadiçilərə acıq ola bilər.


Aşağıda gördüyünüz Shiny Application-da 976 şəxs haqqında məlumat əks etdirilmişdir. Sol tərədə olan Customer ID-ni seçərək, biz hər biri haqqında konkret olaraq qalib(uğurlu) olma riskini ölçürük və bunula yanaşı həmin RİSK faizinin nə üçün bu qədər olduğunun izahını orta hissədə yerləşən qrafikdə görə bilərik. Bu qrafik həmin bu müştərinin nəyə görə uğurlu/uğursuz olduğunu izah edir. Sağ tərəfdə olan cədvəl isə seçilmiş spesifik müştəri haqqında məlumatı əks etdirir.

Əgər proqramnan test olaraq istifadə etmək istəyirsinizsə, bu
linkə daxil olun
Proqrama daxil olmaq üçün alternativ linklər :
1.
Link
2. Link

 


Fikir Bildir: