• +994 51 341 4340
  • Ayaz İsmayılov 8 (Megafunla üzbəüz)
20 May 2018

Bank və Sığorta sahəsində Biznes&Data Analitikasının əhəmiyyəti


bank,sığorta | Rövşən Nadirov |
image

Bu yazıda BankSığorta sahəsində Biznes Analitikasının, xüsusilə də datanın roluna aid  İsveçrə Krallıq Bankı Experian  keyzləri haqqında məlumatlar yer alıb.

2008 ci il iqtisadi böhranından öncə İsveçrə Krallıq Bankı (RBS) bir vaxtlar dünyanın ən böyük bankı idi

Yüksək faizli ipoteka kreditləri nəticəsində bank iflas etmək üzrə olduğu zaman hökümət, şirkətin səhmlərinin 84% ni almışdı. Hal hazırda yenidən özəlləşdirmə mərhələsini keçən bank, istehlak bankçılığı bazarında pay üçün mübarizə aparmaq məqsədi ilə müştəri xidmətlərini inkişaf etdirmək strategiyasını seçmişdir.

Data Analitikası bu planı icra etməkdə  əhəmiyyətli rola malikdir. Bank 2 il bundan əvvəl data analitikası texnologiyalarına 100 milyon avro investsiya etdiyini açıqlamışdı.

RBS-nin Analitika departamentinin rəhbəri Christian Nelissen qeyd edir ki, 1970 və 1980- ci illərdə banklar müştərilərdən kəskin uzaqlaşıb və onları anlamır. Müştərilərin ehtiyacı olan xidmətləri tədqiq etmədən, sadəcə mövcud məhsulları satmağı və satış hədəflərinə nail olmağı planlayırdılar. Nelissen:70-80 ci illərdə banklar öz müştərilərini yaxından tanıyırdılar və onların tələblərinə uyğun onlara xidmətlər təklif edirdilər daha sonra isə banklar müştərilərin maliyə vəziyyətlərinin idarə olunması ilə bağlı kömək etməyi buraxıb yeni gəlir qaynaqları axtarmağa,hər cür bank və sığorta xidmətləri satmağa başladılar.Bunun nəticəsində də bir nöqtədə müştərilərlə münasibətlər yox olmağa başladı.Artıq“məhsulları dükandan çıxarmaqa” fokuslanırlar.Bankların müəyyən sayda ödəniş,kredit kartı satmaq və.s hədəfi var və qapıdan girən müştərilərə istəklərindən aslı olmayaraq bunları satmağa çalışırlar.

RBS müştəri dataların istifadə edərək fərdi xidmətlər inkişaf etdirməyə çalışır və CRM sistemlərin qururlar.Azərbaycanda az olsa da inkişaf etmiş ölkələrdə ödənişlərin böyük hissəsi bank kartları vasitəsi ilə olduğundan banklarda müştərilər haqqında böyük miqdarda datalar var.Pulumuzu necə xərclədiyimizə aid,maliyyə vəziyyətimiz,maliyyə vəziyyətimizi necə idarə etməyimiz,həyatımızı necə yaşadığımıza aid inanılmaz məlumatlar var:nə vaxt və harda istirahət edirik,nə zaman evləndik,nə zaman xəstələndik,xərclərdən sonra əlimizdə qalan pulu nəyə xərcləyirik və.s

Nelissen belə deyir;Amazona baxdığınızda müştəriləri haqqında bizə nəzərən daha az məlumatlar bildiyin görə bilərsiz ama sahib olduqları dataları çox yaxşı istifadə edirlər.Biz hələ yeni başlamışıq data analitikadan istifadə etməyə.Çox sadə bir örnək verə bilərik:Müştərilərimiz doğum günlərində bizim hansısa şöbə ilə əlaqə qurduqlarında doğum günləri təbrik edilir.Bu tam olaraq data analizi deyil ancaq çox gözəl effekt verir.Hətta 80 yaşında bir müştərinin ad günü təbrik ediləndə ağlamağa başlamışdır,digər bir müştəri isə doğum günün xatırlamamışdır.

Müştərilərə təkliflərdən və kampaniyalardan necə faydalana biləcəkləri haqqında məlumat verən sistem yaratdıq.Artıq müştərilərə fərdi olaraq xidmətlər təklif edilir.Müştəri hansı xidməti istifadə edərsə nə qədər qənaət edəcəyini görə bilir.Hətta əməliyyatları və əlaqəli dataları analiz edərkən müştərinin maliyyə xidmətləri üçün iki dəfə ödəmə etdikləri ortaya çıxarılır.Misal üçün bir bank hesabı paketinin içində onsuzda mövcud olan sığorta və yaxud qəza yardımı üçün ayrıca ödəniş etmək kimi.

Bu xidmətlər də öz nəticələrin verdilər.Misal üçün ödənişin etdikləri hansısa xidmət RBS də təkrarlanırdısa müştəri RBS nin xidmətin yox digər tərəfin xidmətindən imtina edirlər.

EXPERİAN ÖRNƏYİ

Experian ən çox,banklara və digər maliyyə təşkilatlarına kredit vermə qərarı alarkən riski dəyərləndirmə məqsədi ilə referanslarını verməsi ilə tanınır.Bundan başqa fırıldaqçılıq və oğurluqun qarşısın almaq məqsədi ilə topladıqları datalara əsasən müxtəlif xidmətlər təklif edirlər.Bu yaxınlarda məhsul portfellərinə avtomobil ticarəti,tibbi sığorta sahələrində şirkətlərə kömək edəcək xidmətləri də əlavə etdilər.

Banklar və sığorta təşkilatları kredit verdikdə və ya sığortaladıqda bir növ qumar oynayırlar.Müştərilərin geri ödəmələri qarşılaya biləcəkmi və ya sığorta yığımları xərcləri qarşılayacağından əmin olmalıdırlar.

Bundan başqa online bankçılıq daha çox artıqca kiber fırıldaqçılıq daha da artır.Experianın özünün etdiyi araşdırmaya görə 5 il öncə online fırıldaqçılıq daha çox zənginlərin yaşadığı problem idisə bu gün cəmiyyətin bütün təbəqələri bunun hədəfinə çevrilir.

Experian nə edir?İldə 20% lik böyüyən kredit bürosu verilənlər bazasında dünyanın hər tərəfində insanlara aid təxminən 30 petabayt dataya sahibdir.Bu datalarda insanların kredit keçmişlərini,yaş,maliyyə vəziyyəti və.v məlumatları ilə yanaşı insanlara aid olan məlumatları qruplayır.Bu qruplar arasında şəhərin mərkəzində bahalı evlərə sahib olan və ya bu evləri kiraləyən,uğurlu şəhər(kənd) insanlar “urban cool”,uğurlu karieraya sahib dəniz kənarı yerlərdə yaşayan “professional rewards” və.s var

Experian fırıladqçılıq müəyyən edən modelləri ilə maliyyə təşkilatlarına kömək edir.Misal üçün bir əməliyyat daha öncə hiyləli olduğu bilinən əməliyyatla bənzər bir profil göstərirsə araşdırma və müdaxilə üçün işarələnir.Bundan başqa təkçə ABŞ da aralarında 2900 xəstəxananın olduğu 10.000 xəstəxanaya xidmət göstərir.Xəstələrin xidmət tələblərinin məbləğini və ödəmə imkanlarını dəyərləndirərək xəstəxanalara ödəmə planları hazırlamaları üçün kömək edirlər.

Experian avtomobil ticarəti ilə əlaqədar beynəlxalq data bazalardan,sığorta şirkətlərindən,dövlət qrumlarından data alaraq avtomobil alıcılarına alacaqları avtomobillərin qəza edib etmədiyi,ciddi xəsarət görüb görmədiyi,kilometr göstəricisində səhvliklə əlaqədar problemlərinin olub olmadığı və.s kimi xidmətlər verir.

Nəticədə Experian müxtəlif sahələrdə topladığı dataları inteqrasiya edərək datalara mərkəzi hovuz kimi yanaşaraq daha çox insanın ev almasını,şirkətini böyütməsini və maliyyə vəziyyətini effektiv idarə etməsinə kömək etdiyini söyləyir.

Fikir Bildir: