• +994 51 341 4340
  • Aşıq Alı 2A, Nərimanov rayonu

Təlimlər

Tətbiqi Tibb Statistikası Təlimi

image

1400 850

Tələbələr üçün: ₼ 500

Müraciət et

Müddət: 18 saat

Dil: Azərbaycan dili

Sillabus

QSS Analytics Tədqiqat və İnkişaf Mərkəzi, SPSS və R proqram paketlərinin tətbiqi ilə 18 saatlıq “Tətbiqi Tibb Statistikası” təlim proqramını elan edir.

 

Təlim haqqında

 

Təlimin məqsədi, tədqiqat işi aparanlar, həmçinin Statistika və ya Riyaziyyatı peşəkar səviyyədə bilməyənlər üçün praktiki bilikləri tədris etməklə onların tədqiqat prosesini asanlaşdırmaqdan ibarətdir. Sosial elmlər üçün Statistika (Statistical Package for Social Seciences - SPSS) və R Paketləri bizneslər, dövlət müəsisələri, elmi tədqiqat institutları, akademik təşkilatlar və həmçinin əsası həkimlər üçün nəzərdə tutulan və beynəlxalq səviyyədə tanınan statistika və data analitikası proqram təminatlarıdır. SPSS böyük həcmli data ilə işləyən və ya sadəcə cəld və dəqiq bir şəkildə statistik araşdırma aparmaq istəyən hər kəsin seçimidir. Bu təlim proqramı tezliklərin hesablanması, qrafik və siyahıların tərtib olunması kimi çox sadə hesablamalardan daha çətin sayılan logistik reqressiya, çoxdəyişənli statistika analizi, modelləşdirməklaster analizi kimi bir çox bilikləri özündə birləşdirir. Eyni zamanda SPSS Modeller vasitəsilə Predictive Analizlərin aparılmasına yardımcı olacaqdır.

 

 

 

Təlimdə iştirak etməklə siz aşağıdakı bilik və bacarıqları əldə edəcəksiniz:

 

  • Fundamental statistika bilikləri ilə yanaşı, SPSS ilə əlaqədar praktiki bacarıqlar;
  • SPSS və R ilə alınan nəticələri şərh etmək;
  • Hipotezinizi test etməklə tədqiqatınızda qarşıya qoyduğunuz suala cavab tapmaq;
  • SPSS Modeller vasitəsil Predictive analizlərin aparılması;
  • Sadə və ya mürəkkəb model qurmaqla tədqiqatınız üçün ciddi və tutarlı nəticələri analiz etmək;
  • Tədqiqatınızda analizləri daha tez və daha dəqiq şəkildə yerinə yetirmək və elmi əsaslı nəticələr ortaya çıxarmaqla
    • qərarvermə sürətinizin artacaq;
    • işinizin keyfiyyətinin yüksələcəkdir;
  • Təlim müddətində əldə etdiyiniz bilikləri Tədqiqat Layihəsi (TL) vasitəsi ilə real tədqiqata tətbiq etməklə müvafiq elmi əsaslı nəticələr əldə etmək. (Bu Tədqiqat Lahiyəsi sizin üzərində işlədiyiniz hansısa biznes, sosial və ya akademik tədqiqatınız ola bilər)

 

 

 

Təlim proqramı kimlər üçün nəzərdə tutulmuşdur?

 

- Həkim Tədqiqatçılar;

- Data ilə işləyən Səhiyyə işçiləri;

- Elmi tədqiqat institutlarının əməkdaşları;

- Elmi tədqiqat ilə məşğul olanlar;

- Analiz bacarıqlarını praktiki olaraq inkişaf etdirmək, dəqiq nəticələri sürətli şəkildə əldə etmək istəyən həkimlər;

 

 

 

Metodologiya

 

Təlimin hər dərsində bütün analizlər üçün

    • qısa lakin hərtərəfli izah verilir;

    • hər bir proseduru SPSS və R vasitəsi ilə necə yerinə yetirəcəyiniz izah olunur (praktiki olaraq);

    • bütün statistik prosesləri, elmi terminləri mümkün olduğu qədər azaltmaqla sadə və anlaşıqlı şəkildə tədris edilir. (riyazi formulalar çox zəruri olduğu təqdirdə izah oluna bilər)

 

 

 

Təlim üçün tələblər nələrdir?

 

Təlimdə iştirak etmək üçün heç bir ön bilik tələb edilmir. Sadəcə sizi tədqiqatınızda və karyeranızda 1 addım önə atacaq bu bilikləri öyrənməniz üçün həvəsli olmalısınız!

 

 

 

Təlim proqramında nələri öyrənəcəksiniz?

 

    ♦ SPSS-ə giriş və SPSS faylları ilə iş;

    ♦ SPSS-də qrafiklərin yaradılması və sadə təhlil üsulları;

    ♦ Data transformasiyası;

    ♦ Tək-nümunəli testlər (One-sample tests) ;

    ♦ Korrelyasiya;

    ♦ Variasiya analizi/ANOVA;

    ♦ Ümumi xətti modellər;

    ♦ Reqressiya, çoxölçülü reqressiya modeli;

    ♦ Klaster analizi.

*Daha ətraflı məlumat üçün təlim proqramını yükləyin.

 

 

 

Bonus 

 

- Tədqiqatçlar üçün TABLEAU proqram paketi ilə vizuallaşdırma bacarıqları;

- Təlim bitdikdən sonra Tədqiqatçı Həkimlər qrupuna üzvlük haqqı.

(Tədqiqatçı həkimlər qrupu Tətbiqi TİBB Statistikası təlimini bitirmiş tədqiqatçı həkimlərdən ibarət məzun qrupudur, Təlimin məzunları ayda bir dəfə Networking, Təkrar və Yeni Biliklər Öyrənmək məqsədi ilə görüşəcək. Tədqiqatçı həkimlər qrupu məzunların Statistika və Tədqiqat üsulları biliklərini təkmiləşdirmə istəkləri səbəbi ilə yaradılmışdır və bu qrupda olmaqla siz ayda bir dəfə Təkrar + 1 Yeni Analiz & Tədqiqat metodu öyrənmək + 1 Tədqiqat Layihəsi işləmək imkanı əldə edəcəksiniz)

 

 

 

Təlimin ünvanı, müddəti və qiyməti:

 

Ünvan:              Aşıq Alı 2A  (Odlar yurdu Universiteti ilə üzbəüz)

Müddət:           18 saat (6 həftə, hər həftə 3 saat)

Başlama vaxtı:  15 Sentyabr 2019, saat 16:00 

Qiymət:            1400  850AZN (Tələbələr üçün 500AZN)

 

*Təlimlərin sonunda iştirakçılar iştirakçı sertifikatı, fərqlənən iştirakçılar isə fərqlənmə sertifikatı ilə təltif ediləcək.

 

 

 

İştirak etmək üçün qeyd:

 

* Təlimdə iştirakınızı qeydiyyatdan keçməklə təsdiqləyirsiniz.

* Yalnız qeydiyyatdan keçənlər təlimdə iştirak edə biləcək.

* Qeydiyyat haqqında daha ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz.

 

 

 

Məlumat üçün əlaqə vasitələri:

 

E-mail : info@qss.az

Mob. : (+99451) 341 4340 / 012 464 3270

 

Təlimdə bizə göstərilən ehtiram və etimada görə təlim rəhbərliyinə öz dərin minnetdarlığımı bildirirəm Yeni atılmış bu addımda, gələcək nailiyyətlərinizin davamını arzulayıram

Nəhayət tibbi statistika ilə bağlı kursu tapa bildim. Bu sahədə olan boşluğu doldurmağa kifayət edən bu kurs sayəsində lazım olan statistik analizləri aparmağı bacaracağıma əminəm. Elmi fəaliyyətlə məşğul olan həmkarlarıma kursa qoşulmağı tövsiyə edirəm.