Bakı Mühəndislik Universiteti daxilində fəaliyyət göstərən Data Science Club QSS Analyticsin dəstəyi ilə tələbələr üçün DataKamp elan edir!
|?| Data Analitikası sahəsində biliklərini möhkəmləndirmək, karyera qurmaq istəyirsən və haradan başlayacağını bilmirsən?
|?| Vizuallaşdırma bacarığını inkişaf etdirmək istəyirsən və bunun üçün bələdçin yoxdur?
|?| Texniki və ya riyazi biliksiz başlaya bilməyəcəyini hesab edirsən?
Elə isə bu DataKamp sənin üçündür! 21-ci əsrin ən cəlbedici peşəsi – Data Analitikası təliminə xoş gəlmisən!
Proqramın təsviri
Təqdim olunan Data Kamp Data Analitikasını öyrənmək istəyən və bu sahədə heç bir bilik və təcrübəsi olmayan tələbələr üçün təşkil olunmuşdur. Təlimlər 2 istiqamətdə təşkil olunur: Data Analytics və Data Science Reporting Module. (Mövzularla tanış olmaq üçün səhifənin yuxarısında "Təlim proqramını yükləyin" düyməsinə basın)
Kamp müddətində ən çirkli dataları belə analizə hazır vəziyyətə gətirmək üsullarından tutmuş modelləşdirmə və proqnozlaşdırmaya kimi bir data analitikə lazım olan bütün analitika bacarıqları tədris ediləcək. Data Analitikası Keyzləri vasitəsi ilə siz təlimdə qazanılan bilikləri fərqli datalara tətbiq etməklə müvafiq problemləri həll etmək səriştəsi qazanacaqsınız. Bununla sizdə dataya əsaslanaraq daha ağıllı qərarlar vermək üçün analitik düşüncə tərzi formalaşacaq.
Kursun məqsədi
Bu kurs tələbələrə databazaların optimal şəkildə idarə edilməsi üçün praktiki bələdçi rolunu oynayır. Praktiki keyzlər vasitəsi ilə biz Biznes Analitikasının hansı formada daha ağıllı qərarlar verməyə vasitəçi olduğuna şahid olacağıq. Bu kursda siz bir çox elm sahələrini və proqram paketlərindən seçilmiş mövzuları sadə və praktiki üsullarla öyrənib real problemləri analitikanın imkanları ilə həll etmə səriştəsi qazanacaqsınız.
Təlimdə nə əldə edəcəksən?
Təlimi bitirməklə sən:
Kimlər iştirak edə bilər?
İxtisasından asılı olmayaraq data ilə məşğul olan, datanı təsvir və proqnoz məqsədlə istifadə edən və data analitikası sahəsinə marağı və ambisiyası olan tələbələr iştirak edə bilərlər. Təlimdə iştirak üçün heç bir texniki önbilik tələbi yoxdur.
İştirak prosesi:
Müraciət etmək üçün səhifənin yuxarısında "Müraciət et " düyməsinə basın və əlaqə nömrənizi qeyd edin. Müraciət edən tələbə iştirak etmək üçün qeydiyyatdan keçməlidir. Qeydiyyat zamanı tələbə ilə müqavilə bağlanır və tələbə 50% ilkin ödəniş edir. (Ödənişin qalan hissəsi təlimin ilk həftəsi ödənilir). Yalnız qeydiyyatdan keçən tələbələr iştirak edə biləcək.
Təlimin ünvanı, başlama vaxtı, müddəti və qiyməti:
Ünvan: Aşıq Alı 2A ( Odlar Yurdu Universiteti ilə üzbəüz)
Müddət: 21-24 saat (6 həftə, hər həftə 3.5-4 saat)
Başlama vaxtı:
Qiymət: Data Analytics: 300 AZN 150 AZN
Data Science Reporting Module: 200 AZN 100 AZN
Məlumat üçün əlaqə vasitələri:
E-mail : datasclub@gmail.com
Əlaqə tel. : (+99451) 537 23 45