• +994 51 341 4340
  • Ayaz İsmayılov 8 (Megafunla üzbəüz)

Təlimlər

Biznes Statistikası Təlimi

image

340 230

Tələbələr üçün: ₼ 180

Müraciət et

Müddət: 15 saat

Dil: Azərbaycan

Sillabus

QSS Analytics Tədqiqat və İnkişaf Mərkəzi, 15 saatlıq “Biznes Statistikası” təlim proqramını elan edir!

 

Təlim haqqında

 

Təlimimiz Biznes Statistikasını öyrənmək istəyən və bu sahədə heç bir bilik və tərcübəsi olmayan biznes mütəxəssisləri və tədqiqatçılar üçün zəruri bilikləri əhatə edir. Hal-hazırda idarəetmə pozisiyasında olan insanlar kütləvi informasiya ilə üz-üzədirlər və məlumatlar əsasında düzgün qərarlar qəbul etmək biznesi idarə edənlər üçün vacibdir. Təlim statistik təhlillərin biznes dünyasında tətbiqini istifadə etməklə iştirakçıların daha rasional düşünüb hərəkət etmələrinə imkan verir. Bu təlimdə siz biznes işində uğurlu olmaq üçün lazım olan bilikləri praktiki olaraq öyrənəcək və eyni zamanda, real keyzlər və layihələr üzərində işlər aparacaqsınız. Əgər bu sahəyə həvəslisinizsə, təlim zamanında qazandığınız biliklərlə uğurlu karyera qura biləcəksiniz. Biznes Statistikası təlim proqramı özündə Model qurma + Data analizi sahələrini birləşdirir.

 

Təlim proqramı kimlər üçün nəzərdə tutulmuşdur?

 

- Analiz bacarıqlarını praktiki olaraq inkişaf etdirmək, dəqiq nəticələri sürətli şəkildə əldə etmək istəyənlər;

- Gələcəkdə bu sahədə çalışmağı planlaşdıran tələbələr və digər şəxslər;

- Biznes və Statistika ilə maraqlananlar;

- Tədqiqata marağı olanlar.

 

Təlim üçün tələblər nələrdir?

 

Təlimdə iştirak etmək üçün heç bir ön bilik tələb edilmir. Sadəcə sizi tədqiqatınızda və karyeranızda 1 addım önə atacaq bu bilikləri öyrənməniz üçün həvəsli olmalısınız!

 

Təlim proqramında nələri öyrənəcəksiniz?

 

  • Statistikaya giriş;
  • Təsviri Statistika (SPSS+Excel);
  • Qualtrics ilə tədqiqat üsulları;
  • SPSS və R proqramları;
  • Normal və Nümunə Paylanması;
  • Tableau bilikləri;
  • Əminlik İntervalının ölçülməsi;
  • Ehtimal Nəzəriyyəsi;
  • Binomial və Puasson Paylanma;
  • Ümumi Xətti Modellər;
  • Adi xətti Reqressiya.

*Daha ətraflı məlumat üçün təlim proqramını yükləyin.

 

Təlim müddətində mentorluq xidməti

 

 Təlim müddətində və təlimi bitirdikdən sonra siz mentorlarınızla birəbir işləmək imkanı əldə edəcəksiniz. Mentorlar online olaraq suallarınızı cavablandıracaq, tapşırıq və keyzlərdə sizə kömək edəcəklər. Həmçinin təlimi bitirdikdən sonra siz, Capstone Layihələrində iştirak edəcək və nəticəniz mentorunuz tərəfindən qiymətləndiriləcəkdir.

 

Təlimin ünvanı, müddəti və qiyməti:

 

Ünvan: Ayaz İsmayılov 8 (Azure Biznes mərkəzi və Megufun-ın yaxınlığı)
Müddət: 15 saat (5 həftə, hər həftə 3 saat)

Qiymət: 340 230 AZN (Tələbələr üçün 180 AZN)

 

*Təlimlərin sonunda iştirakçılar iştirakçı sertifikatı, fərqlənən iştirakçılar isə fərqlənmə sertifikatı ilə təltif ediləcək.

 

 İştirak etmək üçün qeyd:

 

* Təlimdə iştirakınızı qeydiyyatdan keçməklə təsdiqləyirsiniz.

* Yalnız qeydiyyatdan keçən şəxslər təlimdə iştirak edə bilərlər.

* Qeydiyyat haqqında daha ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz.

 

Məlumat üçün əlaqə vasitələri:

E-mail : info@qss.az

Mob. : (+99451) 341 4340